Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura tələbələri üçün SOCAR Baş ofisində Səriştəliliklərin qiymətləndirilməsi və İR əməliyyatlarının koordinasiyası şöbəsində ödənişsiz təcrübə proqramında iştirak imkanı yaradılmışdır.
Proqram haqqında:
•Təcrübə müddəti: 2 ay
•Qarşılıqlı razılaşma əsasında təcrübə müddətinin uzadılması mümkündür.
Tələblər:
Biznesin idarə edilməsi (MBA), İqtisadiyyat, Menecment ixtisasları üzrə magistratura tələbəsi olmaq;
ÜOMG 70+ (ixtisas fənlərində “kafi” qiymət olmamalıdır)
Öyrənməyə həvəsli olmaq və praktiki bilik və bacarıqlarını artırmaqda maraqlı olmaq;
Sahə üzrə təməl biliklərə sahib olmaq (üstünlükdür).
Müraciət üçün tələb olunan sənədlər:
CV və Qiymət cədvəli daxil olmaqla (elektron formada kifayətdir) career_center@asoiu.edu.az ünvanına göndərin
Qiymət cədvəli təqdim olunmayan müraciətlər qəbul edilməyəcək.
Son müraciət tarixi: 18.09.2025



