spot_img
HomeElan və XəbərlərGənc Hüquqşünaslar üçün “Lex Camp 2 - Xankəndi” Düşərgəsi
spot_img

Gənc Hüquqşünaslar üçün “Lex Camp 2 – Xankəndi” Düşərgəsi

Ədliyyə Könüllüləri Ədliyyə Nazirliyi, Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, “ADA” Universiteti, Qarabağ Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birgə 29 sentyabr – 4 oktyabr tarixlərində Xankəndi şəhərində gənc hüquqşünaslar üçün “Lex Camp 2 – Xankəndi” düşərgəsini təşkil edəcək.

Düşərgə çərçivəsində gənc hüquqşünaslar üçün “Hüquq və Texnologiya: İnnovasiyaların tənzimlənməsi və tənzimlənmədə innovasiya” mövzusunda yerli və xarici mütəxəssislərin iştirakı ilə nəzəri və praktiki təlimlər, seminarlar, panel müzakirələri və real keyslər üzərində iş təşkil olunacaq. Bununla yanaşı, rəsmi şəxslərlə görüşlər və müxtəlif maarifləndirici, interaktiv fəaliyyətlər həyata keçiriləcək.

Düşərgədə iştirak etmək istəyən namizədlərin nəzərinə:
Düşərgənin rəsmi-işgüzar dili və bütün rəsmi fəaliyyətlər ingilis dilində təşkil olunacaq;
Təhsilin istənilən pilləsində hüquq ixtisası üzrə oxuyan və ya məzun olmuş, 25 yaşadək gənclər iştirak etmək üçün müraciət edə bilərlər.

“Lex Camp 2-Xankəndi” düşərgəsində iştirak etmək istəyən şəxslər 21 sentyabr 23:59-dək qeydiyyat linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeydiyyat başa çatdıqdan sonra uyğun namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Düşərgə çərçivəsində keçiriləcək görüşlər və fəaliyyətlər barədə gündəlikdən məlumat əldə etmək mümkündür.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar