spot_img
HomeKaryeraMarketinq üzrə mütəxəssis axtarılır.
spot_img

Marketinq üzrə mütəxəssis axtarılır.

Komandamıza marketinq üzrə mütəxəssis axtarışındayıq.

Tələblər:
– Marketinq, biznes və ya əlaqəli sahə üzrə ali təhsil
– Minimum 1 il iş təcrübəsi (IT və ya xidmət sektorunda üstünlükdür)
– Yaradıcı yanaşma, analitik düşüncə və nəticəyönümlülük
– Dizayn proqramları ilə işləmə bacarığı (Canva, Photoshop və s.)

Öhdəliklər:
– Bazar və rəqib araşdırmalarının aparılması, qiymət siyasətinin izlənməsi və nəticələrin hesabat şəklində təqdim olunması
– Şirkətin sosial media hesablarının (xüsusilə Instagram) idarə olunması: post dizaynlarının hazırlanması, paylaşımların planlanması, rəylərin və sorğuların cavablandırılması
– Müştəri zənglərinə və sosial şəbəkə üzərindən müraciətlərə operativ cavab verilməsi
– CRM cədvəlinin işlənilməsi və müştəri məmnuniyyətinə diqqət göstərilməsi
– Şirkətin vebsaytında məhsulların yerləşdirilməsi, mövcud kontentin mütəmadi yenilənməsi
– Tədbirlər, sərgilər və promo aksiyaların təşkili, tərəfdaş və podratçılarla koordinasiya
– Broşür, kataloq, flayer, billboard və digər çap materiallarının sifarişi, dizayn və istehsal proseslərinə nəzarət
– Marketinq materiallarının hazırlanması və vaxtında çatdırılmasına nəzarət
– Təqdimatlar və prezentasiyaların hazırlanması, dizayn olunması və rəhbərliyə təqdim edilməsi
– Marketinq şöbəsinin fəaliyyəti çərçivəsində qarşıya çıxan digər gündəlik məsələlərin operativ həllini həyata keçirir.
– Satış və digər əlaqədar şöbələrlə koordinasiyanın təmin olunması

Şəxsi keyfiyyətlər:
– Diqqətli;
– Məsuliyyətlilik;
– Məqsədyönlülük;
– Loyallıq və punktual olmalı;
– Nəzakətli danışıq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
– Tapşırıqları operativ icra etmə qabiliyyəti;

Əlavə məlumatlar:
– Əmək haqqı: Razılaşma yolu ilə;
– İş qrafiki: 5 günlük iş qrafiki, 09:00 – 18:00
– Korporativ nömrə və danışıq balansı
– AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə

Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Marketinq üzrə mütəxəssis” sözünü qeyd edərək hr@caspel.come-ünvanına göndərsinlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar