AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİ kafedralar üzrə aşağıdakı vəzifələri tutmaq üçün MÜSABİQƏ ELAN EDİR.
Professor-müəllim vəzifələrini tutmaq üçün:
Kafedralar | Vəzifələr | Yerlər |
Dövlət və bələdiyyə idarəetməsi kafedrası | Professor | 1 (1,0) |
Ümumi fənlər kafedrası | Professor | 1 (0,5) |
İnşaat mühəndisliyi kafedrası | Dosent | 1 (1,0) |
Maliyyə və mühasibat kafedrası | Dosent | 1 (1,0) |
Maliyyə və mühasibat kafedrası | Baş müəllim | 1 (1,0) |
Sənaye mühəndisliyi kafedrası | Baş müəllim | 2 (1,0) |
Qeyd: Müsabiqədə iştirak etmək üçün sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 07.08.1996-cı il tarixli 401 saylı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq seçkinin elan olunduğu gündən başlayaraq 1 ay müddətində qəbul edilir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı:
1. Kadrlar uçotunun şəxsi vərəqəsi;
2. Tərcümeyi-hal;
3. Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri;
4. Elmi və elmi-metodiki işlərin siyahısı;
5. Kafedra müdiri və fakültə dekanının müvafiq struktur bölmənin inkişafı ilə bağlı platforması.
Sənədlər təlimata uyğun olaraq rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: Xirdalan şəhəri, H.Əliyev küçəsi №120, AZ0101, Abşeron, Azərbaycan
Əlavə məlumat üçün:
Tel: +994(012) 349-99-66/67 Daxili nömrə: (1113, 1115, 1117, 1155, 1504)
Fax: (+99412) 349-99-90/91
E-mail: info@beu.edu.az Veb sayt: www.beu.edu.az