Vəzifə – İqtisadiyyat və strateji planlama şöbəsinin müdiri
– Fəaliyyət istiqamətinə uyğun ölkə iqtisadiyyatının müvafiq sahələri üzrə iqtisadi təhlillər və ümumiləşdirmələr apararaq materiallar hazırlamaq;
– Respublikanın iqtisadi zonalarında aparılan tikinti işləri ilə bağlı iqtisadi zonalar, şəhər və rayonlar üzrə statistik göstəriciləri təhlil etmək;
– Dövlət investisiyalarının regionların və şəhərlərin inkişafına yönəldilmiş hissəsi üzrə səmərəliliyin artırılması, icra olunan layihələrin təsirinin qiymətləndirilməsi və bu məsələlərlə bağlı hüquqi aktların ekspertizasının həyata keçirilməsini təmin etmək;
– Strateji təhlil və planlaşdırmanın müasir metodlarından istifadə edərək, yeni informasiya-kommunikasiya, iqtisadi texnologiyaların və digər innovasiyaların tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
– Tikinti, strateji planlama, sosial-iqtisadi inkişaf sahələrinə aid olan məlumatların toplanması ilə bağlı monitorinqləri təşkil etmək və qiymətləndirmə işlərinin həyata keçirilməsini təmin etmək;
Vəzifənin tutulması şərtləri:
– Təhsil: İqtisadiyyat, idarəetmə istiqaməti üzrə ixtisas, mühəndis iqtisadiyyatı və idarəetmə, tikintinin iqtisadiyyatı və idarə edilməsi;
– İş stajı: ən azı 5 il müvafiq sahədə;
– Kompüter bilikləri: Microsoft Office;
– Dil bilikləri: Azərbaycan dili – səlis, rus və ingilis dilləri – arzuolunandır;
– Analitik düşüncə qabiliyyəti;
– Məsuliyyətli və diqqətli;
– Tikinti Məcəlləsini bilmək (arzuolunandır);
– Komandada işləmə bacarığı.
İş barədə məlumat:
– İş yeri: Bakı şəhəri;
– Əmək haqqı müsahibə əsasında razılıq yolu ilə.
CV-nizi hr-cv-construction@hotmail.com elektron ünvanına göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.