spot_img
HomeUncategorizedADU-nun professor-müəllim heyətinin nəzərinə!
spot_img

ADU-nun professor-müəllim heyətinin nəzərinə!

2025/2026-cı tədris ilinin payız semestri üzrə Türkiyənin Artvin Çoruh Universitetinə Orhun Mübadilə Proqramı elan olunur.

Müraciət müddəti: 1 oktyabr – 6 oktyabr 2025-ci il

Məlumat:

Mübadilə müddəti ən azı 1 həftə, ən çox 1 semestr təşkil edir.

Akademik fəaliyyət həftədə minimum 6 saat olmalıdır.

Tədris aparılmadıqda seminar, panel və konfranslarda iştirak nəzərə alınacaqdır.

İlk dəfə iştirak edənlərə üstünlük veriləcəkdir.

Tələb olunan sənədlər:

Pasport

Müəllim Haqqında Məlumat Forması (ÖĞRETİM ÜYESİ BİLGİ FORMU)

Akademik Heyətin Mobillik Proqramı (ÖĞRETİM ÜYESİ HAREKETLİLİK)

Qeyd olunan formaları http://turkunib.org/en/orhun saytından əldə etmək olar.

Mübadilədə iştirak etmək istəyən müəllimlər yuxarıda qeyd olunan sənədləri 6 oktyabr 2025-ci il tarixinə qədər international.relations@adu.edu.az elektron ünvanına bir PDF faylı şəklində göndərməlidirlər. (Sənədləri ayrı-ayrı göndərənlərin müraciətlərinə baxılmayacaq.) Elektron müraciətin başlıq hissəsində “Orhun” yazılması vacibdir.

Qeyd: Yol xərclərini iştirakçı özü qarşılayır. Artvin Çoruh Universiteti qalmaq və yemək xərclərini təmin edir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar