spot_img
HomeKaryeraDİM-də vakansiya var!
spot_img

DİM-də vakansiya var!

İnformasiyalaşdırma və texnoloji təminat departamenti, Məlumat bazalarının yaradılması şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.

Qulluq funksiyaları:
İnformasiyalaşdırma və texnoloji təminat departamentinə təqdim olunmuş adlı siyahılar əsasında kompüter fayllarının yaradılması və yoxlanılması;
Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;
İmtahan materiallarının imtahandan əvvəl komplektləşdirilməsinin təşkili və həyata keçirilməsi.

Tələblər:
Ali təhsil: Texniki ixtisaslar üzrə ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları və mexanika-riyaziyyat üzrə təhsil alanlara üstünlük verilir);

İş stajı: tələb yoxdur;

Kompüter bilikləri: “MS Windows”, “MS Office” proqramları, “Internet” və “Outlook” ilə işləmək bacarığı;

Xarici dil bilikləri: İngilis dili – A2, Rus dili – arzuolunandır”;

Xüsusi tələb: Proqramlaşdırma biliklərinə malik olması arzuolunandır

Müraciət qaydası:
Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Məlumat bazalarının yaradılması şöbəsi – baş mütəxəssis” qeyd etməklə 30 dekabr 2025-ci il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar