Texnoloji nəzarət və imtahan materiallarının avtomatlaşdırılmış çapı şöbəsi
Avtomatlaşdırılmış çap prosesinin proqram təminatı və imtahan cavablarının elektron təsvirlərinin alınması sektoru
Baş mütəxəssis vəzifəsi üzrə vakansiya
Qulluq funksiyaları:
1. Mərkəzin kağız daşıyıcılarda keçirdiyi bütün imtahanlar üçün sual kitabçaları və cavab vərəqlərinin avtomatlaşdırılmış rejimdə çapının və komplektasiyasının təşkilində iştirak
2. Texnoloji çap xətlərinin idarə edilməsi, proqram və şəbəkə problemlərinin aradan qaldırılması
3. Qapalı rejimli mühitdə (bunker şəraitində) fiziki iştirak tələb edən tapşırıqların dəqiq icrasını təmin etmək.
4. Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.)
5. Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi
Tələblər:
– Ali təhsil: Texniki və texnoloji ixtisaslar qrupu üzrə orta və ya ali ixtisas təhsili
– İş stajı: tələb yoxdur
– “MS Windows”, “MS Excel”, “Internet” və “Outlook” ilə işləmək bacarığı;
– Xarici dil bilikləri: İngilis dili – A2
Müraciət qaydası:
– Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Avtomatlaşdırılmış çap prosesinin proqram təminatı və imtahan cavablarının elektron təsvirlərinin alınması sektoru – baş mütəxəssis” qeyd etməklə 15 yanvar 2026-cı il tarixinədək vacancy@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.



