Vakansiya: Satış üzrə Gənc Mütəxəssislər Axtarılır
Bankımız satış sahəsində çalışmaq istəyən savadlı, istedadlı və motivasiyalı gəncləri komandamıza dəvət edir.
Tələblər:
• Satış sahəsinə maraq və inkişaf istəyi
• Ünsiyyət və təqdimat bacarıqlarının yüksək olması
• Komandada işləmə bacarığı
• Məsuliyyətli və məqsədyönlü olmaq
Üstünlük veriləcək:
• Satış təcrübəsi olan və satış bacarıqları yüksək olan namizədlərə
Biz nə təklif edirik:
• Peşəkar inkişaf imkanı
• Rahat iş mühiti
• Karyera yüksəlişi perspektivi
• Rəqabətqabiliyyətli əmək haqqı
Müraciət etmək istəyənlər CV-lərini cv@ziraatbank.az ünvanına “Satış” qeyd edərək göndərə bilərlər.



