spot_img
HomeKaryeraEhtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis
spot_img

Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

Ehtiyat hissələrinin müxtəlif mənbələrdən (internet, kataloq, B2B platformalar və dilerlərdən) kodlarını müəyyən edir, hissələrin modellərə uyğunluğunu yoxlayır, orijinal və analoji hissələri araşdırır, hissələrin orijinallığını kodla yoxlayır;

Satınalma üçün texniki tapşırıq və sifariş tələbi formalaşdırır, bütün məlumatları daxil edir: kataloq kodu, miqdar, texnika modeli, təsvirlər;

ERP sistemi üzərindən rəsmi sifariş yaradır;

Zəruri ehtiyat hissələrinin plan siyahısını tərtib edir, sifarişlərin prioritetlərini, mövsümi tələb və istehlak normasını müəyyən edir, kritik ehtiyatların siyahısını hazırlayır;

Keçmiş illərin təmir və TQ tarixçəsini təhlil edir, illik ehtiyat hissələri planını hazırlanmasında iştirak edir;

Səpin, becərmə, yığım və payız mövsümləri üçün ehtiyat siyahısı hazırlayır, filtr, yağ, kəmər, hidravlik şlanq, podşipnik, işçi orqanlar üzrə ehtiyacları planlaşdırır;

ERP-də anbar qalıqlarını izləyir, minimum və maksimum ehtiyat səviyyələrini müqayisə edir;

Baş mexanik ,mexanik və anbardarla işləyir, bölmələrdən ehtiyat hissəsi tələblərini toplayır;

Ehtiyat hissəsinin uyğunluğunu texniki parametrlərlə yoxlayır, ölçü, təzyiq, uzunluq, güc və digər parametrləri dəqiqləşdirir;

Sifarişlərin çatdırılma vaxtını izləyir, logistikanı və təchizatçıların icrasını monitorinq edir;

Təkrar nasazlıqlar, material sərfiyyatı, qiymət tendensiyalarını təhlil edir, hesabatlar hazırlayır;

Ehtiyat hissələrini qruplara ayırır (kritik ehtiyat, mövsümi ehtiyat, cari istismar ehtiyatı, TO ehtiyatı).

Vəzifə tələbləri:

Tam orta təhsil (ali təhsil arzuolunandır);

İş sahəsi üzrə əsas anlayışlar;

Operativ düşünmə və stressə davamlılıq;

Zamanın düzgün idarə olunması, sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik və proaktivlik;

Azərbaycan dili səlis;

Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Əlavə məlumat:

Struktur: Mərkəzi texniki baza

Bilavasitə tabe olduğu şəxs: Mərkəzi texniki bazanın rəhbəri

İş yeri: Yevlax

İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

Maraqlanan şəxslər öz CV formalarını “Ehtiyyat hissələrin planlaşdırma və sifarişi üzrə mütəxəssis” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar