Bayramlı Group olaraq komandamıza Laboratoriya Metodlarının Tətbiqi üzrə Mütəxəssis vəzifəsi üzrə peşəkar və inkişaf yönümlü əməkdaş axtarırıq.
Vəzifə öhdəlikləri:
- Müştərilərə laboratoriya avadanlıqları və diaqnostik dəstlərin tətbiqi üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi
- PCR, qPCR, ddPCR, ELISA, mikrobioloji analizlər, hüceyrə kulturası və digər laboratoriya metodikaları üzrə tətbiqi dəstəyin göstərilməsi
- Avadanlıqların quraşdırılması və işə salınması prosesində iştirak
- Müştəri sorğularının təhlili və optimal həll yollarının təqdim edilməsi
- Metodiki sənədlərin və istifadəçi təlimatlarının hazırlanması
- Müştəri məmnunluğunun təmin edilməsi və davamlı əməkdaşlığın qorunması
- Yeni laboratoriya məhsullarının tətbiqi ilə bağlı araşdırmaların aparılması
- Təlim laboratoriyasında aylıq proqram əsasında təlimlərin təşkili və keçirilməsi
Vəzifə tələbləri:
- Biologiya, Biotexnologiya, Molekulyar Biologiya, Mikrobiologiya və ya əlaqəli sahələr üzrə ali təhsil
- PCR/qPCR/ddPCR, ELISA, Western blot, mikrobiologiya, hüceyrə kulturası və digər laboratoriya metodları üzrə nəzəri və praktiki biliklər
- Kimyəvi analiz metodları üzrə biliklər üstünlükdür
- Laboratoriya avadanlıqları ilə işləmə bacarığı
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
- Müştəri yönümlü yanaşma və problem həll etmə bacarığı
- Azərbaycan, ingilis və rus dillərində sərbəst danışıq və yazı bacarığı
Qeyd: Ölkə daxili və xarici ezamiyyətlərə hazır olmaq tələb olunur.
Müraciət qaydası:
CV-nizi career@bayramligroup.com elektron ünvanına, mövzu hissəsində “Laboratoriya Metodlarının Tətbiqi üzrə Mütəxəssis” qeyd etməklə göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



