Vəzifə öhdəlikləri:
· Şirkətin strategiyasına uyğun marketinq fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək;
· Yeni məhsul və xidmətlər üçün marketinq tədbirlərini hazırlamaq və tətbiq etmək;
· Bazar imkanlarını araşdırmaq, seqment xüsusiyyətlərini və dəyişmə meyllərini təhlil etmək;
· Məhsul və xidmətlərin tanıdılması üçün layihəçilər, reklam verənlər və istehsal menecerləri ilə əməkdaşlıq etmək;
· Rəqəmsal kanallar və sosial media vasitəsilə kampaniyalar yaratmaq və optimallaşdırmaq;
· Müştəri rəylərini toplamaq, marketinq göstəricilərini izləmək və hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
· Yeni trendlər və rəqəmsal alətlər əsasında marketinq strategiyasını inkişaf etdirmək.
Namizədə qoyulan tələblər:
· Ali təhsil (Marketinq, İqtisadiyyat, PR və ya əlaqəli sahələr üzrə);
· Marketing sahəsində ən azı 2 il iş təcrübəsi, xüsusilə rəqəmsal və sosial media marketinqində;
· Azərbaycan dili mükəmməl, Rus dili , İngilis dili bilikləri üstünlükdür;
· Marketinq analitik alətlərindən yüksək səviyyədə istifadə etmə bacarığı;
· Kreativ və innovativ yanaşmalarla yeni ideyalar təqdim etmək;
· Həm yazılı, həm də şifahi ünsiyyət qabiliyyətinin yüksək olması;
· Çoxsaylı layihələri paralel olaraq idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
Bizim təklif etdiklərimiz:
· Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
· Əmək haqqı – 2000 AZN (NET);
· İş yeri – Bakı ofisi;
Komandamızın bir hissəsi olmaq istəyirsinizsə,
CV-nizi nigar.imanova@progenius.az ünvanına göndərərək müraciət edə bilərsiniz.



