Müraciətlərin qəbulu haqqında elanı: İngilis Dili Müəllimləri Konfransı
ABŞ Dövlət Departamentinin Regional İngilis Dili Ofisi (RELO), ABŞ-nin Bakıdakı səfirliyinin İctimai Diplomatiya Şöbəsi və Qərbi Kaspi Universiteti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın bütün bölgələrindən olan ingilis dili müəllimlərini 31 yanvar tarixində Bakıda, Qərbi Kaspi Universitetində keçiriləcək birgünlük peşəkar inkişaf konfransına müraciət etməyə dəvət edir.
Kimlər müraciət edə bilər?
- Orta məktəblərdə ingilis dili müəllimləri
- Ali təhsil müəssisələrində çalışan ingilis dili müəllimləri
- İngilis dili üzrə müəllimliyə hazırlaşan müəllimlər
Regional təmsilçiliyin genişliyini və aktiv iştirakı təmin etmək məqsədilə müsabiqə əsasında təxminən 100 iştirakçı seçiləcək.
Konfrans haqqında məlumat:
Məkan: Qərbi Kaspi Universiteti
Tarix və vaxt: Şənbə, 31 yanvar 2026-cı il, 09:30–16:30
İştirak sertifikatı təqdim olunacaq
Son müraciət tarixi: 22 yanvar 2026



