spot_img
HomeKaryeraStrateji Planlaşdırma Şöbəsində Aparıcı Mütəxəssis vakansiyası
spot_img

Strateji Planlaşdırma Şöbəsində Aparıcı Mütəxəssis vakansiyası

Təhlil və strateji planlaşdırma departamenti/Strateji planlaşdırma şöbəsi/aparıcı mütəxəssis vakansiyası üzrə namizəd axtarışı aparılır.
Vakansiya barədə məlumatlarla aşağıda tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:

  • Agentliyin icraçısı olduğu qurumdaxili və qurumxarici strategiyaların tədbirlər planlarının hazırlanması;
  • Strategiya və dövlət proqramları üçün tədbir planlarının aidiyyəti struktur bölmələrlə hazırlanması;
  • Strategiya və tədbirlər planlarının monitorinqinin və hesabatlığının aparılması;
  • Beynəlxalq mənbələr əsasında araşdırmaların, təhlillərin həyata keçirilməsi və nəticədə təkliflər hazırlanması;
  • Funksional struktur bölmələrlə yaxından işləyərək fəaliyyət istiqamətlərinin mövcud çətinliklərinin analiz edilməsi və nəticəsi barədə təqdimatların hazırlanması.

Vəzifənin tutulmasına dair tələblər:

  • Təhsil tələbi: Ali (iqtisadiyyat və ya idarəetmə ixtisasları qrupu üzrə);
  • İş stajı: Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı səviyyədə), rus dili arzu olunandır;
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Tələb olunan bilik və bacarıqlar:

  • Planlama və kommunikasiya bacarıqları;
  • Araşdırma və təhlil bacarığı
  • Analitik və kreativ düşüncə.

Göstərilən tələblərə cavab verən namizədlərin Cv-lərini mövzu hissəsinə “Strateji planlaşdırma şöbəsi üzrə aparıcı mütəxəssis” qeyd etməklə hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar