spot_img
HomeKaryeraXaricdə Təhsil üzrə Təcrübəçi
spot_img

Xaricdə Təhsil üzrə Təcrübəçi

Şirkət: Bilgin Academy Xaricdə Təhsil Mərkəzi

Yaş həddi: 22-30 yaş

Bilgin Academy komandası böyüyür! Xaricdə təhsil sahəsində karyera qurmaq istəyən, motivasiyalı və öyrənməyə həvəsli gəncləri komandamıza Təcrübəçi olaraq dəvət edirik.

Namizədlər üçün tələblər:
• Ali təhsil (bakalavr və ya magistr)
• MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı
• Yüksək ünsiyyət və təqdimat qabiliyyəti
• Məsuliyyətli, məqsədyönlü və komandada işləmə bacarığı
• Analitik düşünmə və araşdırma qabiliyyəti
• İş təcrübəsi tələb olunmur – yeni məzunlar müraciət edə bilər
• Azərbaycan dilində səlis nitq
• Qeyd: Yalnız xanım namizədlərə üstünlük verilir

İş barədə məlumat:
• Xarici universitetlərlə əlaqələrin qurulması və genişləndirilməsi
• Tələbələrin müraciət və qəbul proseslərinin idarə olunması
• Sosial media platformalarında aktiv fəaliyyət (video çıxışlar da daxil)
• Yeni tələbə müraciətlərinin cəlb olunması və zənglərin cavablandırılması

Qeyd: Təcrübə müddəti 2 ay davam edəcək. Sizə bütün iş prosedurları izah ediləcək və praktiki şəkildə öyrədiləcək. Təcrübə dövründə əmək haqqı verilir. Sınaq müddətini uğurla tamamlayan şəxslər daimi işlə təmin olunacaq. Təcrübə müddətində rəsmiləşdirmə edilir.

İş qrafiki:
• Bazar ertəsi – Cümə: 10:00 – 19:00
• Şənbə: 10:00 – 16:00

Komandamızla bərabər çalışmaq istəyənlər şəkilli CV-nizi “Xaricdə Təhsil üzrə Təcrübəçi” başlığı ilə bilginacademy.hr@outlook.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar