Vəzifə funksiyaları:
- Daxil olmuş vətəndaş müraciətlərinin ilkin təhlilinin aparılması, araşdırılması və hesabatlılığının təmin edilməsi;
- Vətəndaş qəbulu prosesinin təşkil edilməsi, müraciətlərin dinlənilməsi, qeydiyyata alınması, həmçinin müvafiq istiqamət üzrə qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılmasının təmin edilməsi;
- Xüsusi müraciətlər üzrə aidiyyəti struktur bölmələrdən rəy və tövsiyələrin alınması;
- Müraciətlərin icra vəziyyətinin izlənilməsi və rəhbərliyə zəruri hesabatların təqdim edilməsi;
- Rəhbər şəxslərin qəbulu üzrə daxil olan müraciətlərin prioritetləşdirilməsi və qəbulların təşkil edilməsi.
- Vətəndaş müraciətlərinin mövcud qanunvericiliyə (xüsusilə “Vətəndaşların müraciətləri haqqında” Qanuna) və Holdinqin daxili qaydalarına uyğun icra olunması üçün aidiyyəti qurumlara yönləndirilməsi;
- Rəhbərliyin tapşırıqlarına uyğun vətəndaş qəbulu ilə bağlı digər inzibati və təşkilati işlərin icra edilməsi.
Əsas tələblər:
- Ali təhsil (hüquq, idarəetmə, psixologiya və oxşar sahələr üzrə təhsil üstünlükdür);
- Dövlət qurumlarında yalnız vətəndaş müraciətlərinin qəbulu və icrası ilə bağlı vəzifələr üzrə cari iş təcrübəsi;
- Vətəndaşlarla iş və elektron sənəd dövriyyəsi üzrə minimum 5 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi və əmək münasibətləri barədə baza bilikləri;
- Azərbaycan dili (ana dili), əlavə dil bilikləri üstünlükdür;
- Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı;
- Müraciətlərin qeydiyyatı və icrasını izləmək üçün kompüter bilikləri (MS Office, Elektron Sənəd Dövriyyəsi və s.);
- Stressə davamlılıq, operativlik və məsuliyyətlilik;
- Vətəndaş müraciətləri haqqında Azərbaycan Respublikası Qanunu, vətəndaş müraciətlərinə baxılması və cavablandırılması qaydalarını yüksək səviyyədə bilməlidir.
Müraciət et
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi recruitment@azcon.az ünvanına mövzu hissəsində “Vətəndaş qəbulu üzrə baş mütəxəssis ” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.



