spot_img
HomeElan və XəbərlərAzərbaycan Mühəndislər Birliyi könüllü qəbulunu elan edir!
spot_img

Azərbaycan Mühəndislər Birliyi könüllü qəbulunu elan edir!

Şəxsi və elmi bacarıqlarınızı inkişaf etdirmək, peşəkar mühəndislərlə əlaqə qurmaq, mühəndislik sahəsində təhsil alan insanlarla bilik mübadiləsi aparmaq istəyirsinizsə, Azərbaycan Mühəndislər Birliyində könüllü olmaq şansını qaçırmayın.

Məsuliyyətli, işini həvəslə görən, daima öz üzərində çalışan, öyrənməyə meyilli və ən əsası, ixtisasını doğrudan da sevən gəncləri səbirsizliklə komandamızda gözləyirik!

Könüllü qəbulu bu istiqamətlərdə aparılır:
-Elektrik və Energetika mühəndisliyi
-Ekologiya mühəndisliyi
-İnformasiya Texnologiyaları
-İnnovasiya və Elmi tədqiqatlar
-Sosial Fəaliyyətlər
-PR (Sosial şəbəkələrin və rəsmi internet səhifəsinin idarə edilməsi) (istənilən ixtisasdan müraciət etmək olar)

Könüllülük proqramına Bakalavr tələbələri müraciət edə bilərlər.

Könüllülük Proqramının başlama tarixi: 1 mart 2026
Könüllülük müddəti: 6 ay

Qeyd: Seçim 2 mərhələdə aparılacaq. Birinci mərhələdə CV-yə və motivasiya məktubuna əsasən seçim ediləcək, ikinci mərhələ isə müsahibə mərhələsi olacaq.

Son müraciət tarixi: 18 fevral 2026

Qeydiyyatdan keçməyə tələsin!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar