“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Biomedikal sahəsi üzrə mühəndis vəzifəsi üzrə vakant yer elan edir:
Mövcud iş yeri:
Yardımlı Rayon Mərkəzi Xəstəxanası
Əməkhaqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (sahə üzrə)
- Sahə üzrə minimum 1 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)
- Sertifikat: sahə üzrə (arzuolunan)
İşin təsviri:
- Tibbi cihaz və avadanlıqların quraşdırılması, test olunması, baxımı, təmiri və kalibrasiyalarının edilməsi;
- İstismar müddətini başa vurmuş, köhnəlmiş və istifadəyə yararsız tibbi cihaz və avadanlıqların təyin edilməsi;
- Yeni alınan tibbi cihaz və avadanlıqların təmsilçi şirkətin iştirakı ilə quraşdırılma, kalibrasiya və test işlərinə nəzarət edilməsi;
- Tibbi cihaz və avadanlıqların ehtiyat hissə və sərf ləvazimatlarının illik tələbnamələrinin formalaşdırılması.
Müraciət qaydası:
- CV vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Yardımlı RMX – Biomedikal sahəsi üzrə mühəndis” qeyd olunmalıdır;
- CV-lər 20 fevral 2026-cı il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.



