Namizədə dair gözləntilər və xüsusi tələblər:
Ali təhsil;
Satış sahəsində minimum 2 il iş təcrübəsi (Bank və yaxud Sığorta sahələrində təcrübə arzuolunandır);
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Analitik düşüncə qabiliyyəti;
Sığorta qanunvericiliyi üzrə biliklər üstünlükdür;
Ünsiyyət qurmaq bacarığı;
Κomandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Banklarla əməkdaşlıq çərçivəsində müqavilələrin hazırlanması və izlənməsi;
Bank partnyorlarla müştəri yönümlü layihələrin koordinasiyası;
Ödənişlərin izlənməsi və hesabatların hazırlanması;
Sığorta məhsullarının banklar vasitəsilə satış prosesində iştirak;
Bank əməkdaşları üçün məhsul təqdimatları və təlimlərin təşkili;
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Əlavə məlumat:
Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır;
İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İmtiyazlar: Könüllü tibbi sığorta
İş yeri: Bakı şəh., N. Nərimanov ray., Ak. Həsən Əliyev küç 24.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Banklarla iş üzrə mütəxəssis) qeyd edərək, hr@xalqsigorta.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.



