spot_img
HomeKaryeraAraz Supermarket" MMC-də "SƏTƏM" və HSE vəzifəsi üzrə vakansiya elan edir.
spot_img

Araz Supermarket” MMC-də “SƏTƏM” və HSE vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Məhəmmədi qəsəbəsi
İş rejimi: Növbəli

Vəzifə öhdəlikləri:

İş yerində əməyin mühafizəsinin vəziyyətinə nəzarət etmək;
Bölmə müdirinin, dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi, nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlər həyata keçirmək;
İstehsalat sahələrinin profilaktikasını və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək;
Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və İZ formalı aktı tərtib etmək;
İş yerlərində əməyin təhlükəsizliyi üzrə nişanların ( xəbərdaredici, göstərici və s.) və löhvələrin siyahısını tərtib etmək;
Əməyin təhlükəsizliyi üzrə təlim proqramının təşkilində iştirak etmək və təsdiq olunmuş proqram üzrə işçilərə təlimlər keçmək;
Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, qoruyucu və fərdi mühafizə vasitələrinə, qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
İşçilərə və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarət etmək;

Tələblər:

İş təcrübəsi: 1 ildən yuxarı

Tələb edilən təhsil pilləsi: Ali təhsil;

Tələb edilən dil biliyi: Azərbaycan dili ( Səlis), İngilis dili üstünlükdür.
Komanda ilə işləmək bacarığı, çevik hədəfyönümlü , kommunikasiya bacarıqları;
Sahə üzrə sertifikatların olması üstünlükdür;

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

Nahar ilə təmin edilmə;
Servis xidməti;
Korporativ nömrə;

Vakansiya ilə maraqlanan namizədlər CV-formalarını vəzifə adı qeyd edərək, cvlogistics@retail.az mail ünvanımıza yönləndirə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar