Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi tələb olunur
İşəgötürən: “KollektA” MMC
Vəzifə öhdəlikləri:
Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi;
Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması;
Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi;
Təyin olunmuş portfelin idarə olunması;
Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması.
Tələblər:
Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
Təcrübə tələb olunmur;
1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
İş barədə məlumat:
Əmək haqqı: 600-900 AZN (ƏH+bonusla birlikdə)
İş yeri : Bakı şəh, Nərimanov rayonu
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi” başlığı altında hr@kollekta.az ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır



