spot_img
HomeKaryera“A+CO” ASC “Mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.
spot_img

“A+CO” ASC “Mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Vəzifə öhdəlikləri:
• Sənədləşmə işlərini icra etmək;
• Müqavilələri hazırlamaq və onlara düzəlişlər etmək;
• Aktları, hesab-fakturaları, protokolları və digər mühasibatlıq sənədlərini tərtib etmək;
• Elektron qaimə-fakturaları hazırlamaq, göndərmək və onların doğruluğunu yoxlamaq;
• Yerli və beynəlxalq ödəniş əməliyyatlarını düzgün və vaxtında icra etmək;
• Gömrük bəyannamələri və xarici ödəniş sənədlərinin banklarda vaxtında bağlanmasına nəzarət etmək;
• Baş mühasib tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələblər:
• Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq);
• Mühasib vəzifəsi üzrə minimum 1 illik iş təcrübəsi;
• 1C və MS Office proqramlarından istifadə bacarığı;
• Dil bilikləri: Azərbaycan və Rus dili;
• Məntiqi və analitik düşünmə qabiliyyəti.

İş şəraiti:
• İş yeri: Xırdalan şəhəri;
• İş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək, 5 günlük;
• Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Mühasib” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar