“Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən İnformasiya Təhlükəsizliyi (xüsusilə Offensive Security / Penetration Testing istiqaməti) sahəsində karyera qurmaq istəyən namizədlər üçün 6 aylıq ödənişli təcrübə proqramına müraciətlər açıq elan olunur.
Öhdəliklər:
- Real mühitlərdə nəzarət altında təhlükəsizlik testlərinin aparılmasında iştirak
- Veb tətbiqlərin təhlükəsizlik testlərinin icrası və zəifliklərin araşdırılmasına dəstək
- Şəbəkə və sistem səviyyəsində ilkin testlərin həyata keçirilməsi və nəticələrin analizi
- OSINT texnikaları vasitəsilə məlumatların toplanması
- Linux mühitində təhlükəsizlik testlərinin aparılması
- Tapılmış zəifliklər üzrə texniki hesabatların hazırlanmasında iştirak
- Müxtəlif hücum ssenarilərinin öyrənilməsi və praktik tətbiqi
Tələblər:
- Kompüter Elmləri, İnformasiya Təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə 3-4-cü kurs tələbələri, magistrantlar və ya məzunlar
- İnformasiya təhlükəsizliyi və penetration testing üzrə baza bilikləri
- Veb təhlükəsizliyi və ümumi zəifliklər haqqında anlayış
- Şəbəkə əsasları (TCP/IP, HTTP/HTTPS, DNS) üzrə biliklər
- Linux əməliyyat sistemində işləmə bacarığı
- Burp Suite, Nmap, BloodHound və digər alətlər haqqında ilkin məlumat
- Active Directory və autentifikasiya mexanizmləri üzrə anlayış (Kerberos bilikləri üstünlükdür)
- Skript yazma üzrə baza bilikləri (Python, Bash və s.)
- İngilis dili biliyi – minimum B2 səviyyəsində
Əlavə məlumat: - İş qrafiki: yarım və ya tam iş günü
- Müddət: 6 ay
- Təcrübə müddətində müqavilə bağlanılır və ödəniş təmin edilir
Müraciət üçün: CV-nizi azizbika.abdullayeva@azal.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.



