spot_img
HomeKaryeraAzərbaycan Sığortaçılar Assosiasiyası "Marketinq Mütəxəssisi" vəzifəsi üzrə vakansiya elan edir.
spot_img

Azərbaycan Sığortaçılar Assosiasiyası “Marketinq Mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

VAKANSİYA

Əsas vəzifə və öhdəliklər:
》ASA-nın marketinq və kommunikasiya strategiyasının hazırlanması və icrası;
》Sosial media platformalarının idarə olunması və kontent planının hazırlanması;
》Tədbir və forumların (yerli və beynəlxalq) təşkilində marketinq dəstəyinin təmin olunması;
》Analitik hesabatların hazırlanması və marketinq fəaliyyətinin effektivliyinin ölçülməsi;
》Sığorta maarifləndirməsi istiqamətində kreativ layihələrin hazırlanması;
》ASA-nın dövri nəşrlərinin (jurnal, bülleten) hazırlanması (dizayn edilməsi).

Tələblər:
》Marketinq və kommunikasiya sahəsi üzrə ali təhsil;
》Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
》Azərbaycan dili – mükəmməl, İngilis dili – yaxşı səviyyədə, Rus və Türk dili üstünlükdür;
》Sosial media və rəqəmsal marketinq alətləri üzrə biliklər;
》Analitik düşünmə, yaradıcı və zövqlü yanaşma qabiliyyəti;
》Komanda ilə işləmə və effektiv ünsiyyət bacarıqları.

Üstünlüklər:
》Sığorta və ya maliyyə sektorunda iş təcrübəsi;
》Yerli və beynəlxalq layihələrdə iştirak təcrübəsi;
》Dinamik və peşəkar iş mühiti;
》Karyera inkişafı və peşəkar təlimlər.

Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Marketinq mütəxəssisi” qeyd etməklə office@asa.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar