spot_img
HomeKaryeraASELSAN-da Vakansiya Var
spot_img

ASELSAN-da Vakansiya Var

JUNIOR ENGINEER VƏZİFƏSİ ÜZRƏ TƏLƏBLƏR

Namizədə dair tələblər
• Azərbaycan Respublikasının vətəndaşı olmalıdır
• Yaş həddi: 20–30 yaş
• Hərbi xidmətlə bağlı məhdudiyyəti olmamalıdır (hərbi xidməti keçmiş, möhləti olan və ya hərbi uçotla bağlı problemi olmayan)
• Sağlamlıq vəziyyəti vəzifə öhdəliklərini yerinə yetirməyə imkan verməlidir
• Ali təhsil-Universitetlərin mühəndislik ixtisasları üzrə məzun.
• Ən azı 2 (iki) il iş təcrübəsi
• Sürücülük vəsiqəsi (B kateqoriyası) və avtomobil idarəetmə bacarığı
• Texniki və normativ sənədlərlə işləmə bacarığı
• CV ingilis dilində təqdim edilsin.
• Dil bilikləri:
o Azərbaycan dili – sərbəst
o Türk və İngilis dili – texniki səviyyədə

Peşəkar bilik və bacarıqlar
• Şəbəkə (Network) mövzularında bilik sahibi (WAN, LAN, Routing, Switching, VLAN, Layer2 və Layer3 rabitə əsaslarını bilən, üstünlük olaraq CCNA sertifikatına malik)
• Şəbəkə avtomatlaşdırılması və monitorinq alətləri üzrə təcrübəli.
• Şəbəkə təhlükəsizliyi anlayışlarına və firewall idarəçiliyinə hakim.
• Virtualizasiya sahəsində Proxmox və VMware texnologiyalarına hakim, bununla bağlı olaraq ortaq yaddaş sistemləri, virtual switch-lər, VLAN strukturu, şəbəkə texnologiyaları və virtual mühit təhlükəsizliyi tətbiqləri üzrə ixtisaslaşmış.
• Microsoft Active Directory və əsas sistem rolları üzrə bilik sahibi.
• Yaddaş (Storage) sistemləri üzrə bilikli, storage mapping texnologiyalarını anlayan, FC konfiqurasiyasını mənimsəmiş.
• Performans və sistem sağlamlığı monitorinq alətlərini istifadə və idarə edə bilən.
• SQL və NoSQL texnologiyaları üzrə bilik sahibi.
• Linux (Bash) biliklərinə malik.
• İnkişaf və deployment proseslərində istifadə olunacaq avtomatlaşdırma skriptlərinin yenilənməsi və saxlanılmasında iştirak etmək.
• Üstünlük olaraq container və container orchestration texnologiyaları üzrə bilik sahibi.
• Üstünlük olaraq mikroservis arxitekturası üzrə bilik və təcrübə sahibi.

Vəzifə öhdəlikləri
• Müvafiq layihələrdə alternativ konseptual həllər arasından ən uyğun variantın müəyyən edilməsi üçün analitik modellər və simulyasiyalar vasitəsilə analizlər aparmaq.
• Sistem/alt sistem layihələndirilməsi və effektivlik analizlərində istifadə olunacaq şəbəkə və server infrastrukturlarının qurulmasında iştirak etmək, infrastrukturu və arxitekturanı layihələndirmək, inteqrasiya fəaliyyətlərini icra etmək və/və ya izləmək.
• İxtisas sahəsinə aid texnologiyalar, model və simulyasiya üzrə dünyadakı fəaliyyətləri və standartları formalaşdıran qurumların işlərini izləmək.
• Test infrastrukturlarının yaradılması, saxlanılması və bu fəaliyyətlərdə iştirak etmək.
• Sahədə həyata keçiriləcək kəşfiyyat, analiz, quraşdırma və istismara qəbul fəaliyyətlərində iştirak etmək.
• Layihə çərçivəsində görülən işlərə uzaqdan və ya yerində dəstək vermək.

Mail: nqasimova@aselsanbaku.az

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar