Karyeranı satınalma, logistika və təchizat zənciri sahəsində qurmaq istəyirsənsə, PRO LOG Training Center-in 3 aylıq təcrübə proqramı sənin üçün uğurlu başlanğıc ola bilər.
PRO LOG Training Center satınalma, logistika, təchizat zəncirinin idarə edilməsi və gömrük sahələri üzrə ixtisaslaşmış peşəkar təlim mərkəzidir. Vizyonumuz Azərbaycanda bu sahələr üzrə peşəkar kadrların inkişafına dəstək olmaq, gənclərə real praktiki təcrübə qazandırmaq və beynəlxalq standartlara əsaslanan bilik mühitini genişləndirməkdir.
Təcrübə proqramı haqqında
Müddət: 3 ay
Format: Ofis daxili / praktik yönümlü
Sahələr: Təlim koordinasiyası, satış və müştəri əlaqələri, marketinq və kontent dəstəyi
Ünvan: Caspian Plaza, Bakı
Təcrübə müddətində nələri öyrənəcəksiniz?
- Təlim və master-klassların təşkili və koordinasiyası;
- Təlimçi və iştirakçılarla peşəkar kommunikasiya;
- Satınalma, logistika və təchizat zənciri üzrə baza anlayışlar;
- CIPS və beynəlxalq sertifikasiya proqramları haqqında ilkin məlumat;
- Müştəri müraciətlərinin cavablandırılması və satış prosesinə dəstək;
- Sosial media və marketinq kontentlərinin hazırlanması;
- Rəsmi yazışma, e-mail və biznes kommunikasiya bacarıqları;
- Komanda işi, vaxtın idarə edilməsi və ofis mühitində peşəkar davranış.
Namizəddən gözləntilər
- Ali təhsil alan və ya yeni məzun olan şəxslər;
- Satınalma, logistika, təchizat zənciri, biznes, iqtisadiyyat, marketinq və ya əlaqəli sahələrə maraq;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyi;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Öyrənməyə açıq, məsuliyyətli və təşəbbüskar yanaşma;
- Komanda ilə işləmək bacarığı.
Proqramın üstünlükləri
- Real iş mühitində praktiki təcrübə;
- Peşəkar komanda ilə işləmək imkanı;
- Təlim və layihə idarəetməsi proseslərində iştirak;
- Uğurlu iştirakçılara sertifikat təqdim edilməsi;
- Fərqlənən namizədlər üçün gələcək əməkdaşlıq imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Təcrübə Proqramı” qeyd etməklə bizə göndərə bilərlər.
Müraciət üçün:
project@prolog.edu.az
+994552030313
PRO LOG Training Center
Öyrən. Təcrübə qazan. Karyerana güclü başlanğıc et.



