Komandamıza qeyd olunan tələblərə uyğun Müştərilərlə iş üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarışındayıq. Bu vakansiyaya özünü uyğun bilən namizədlərdən CV-ni vakansiyanın adını qeyd etməklə hr@marsol.az e-mail ünvanına göndərmələri xahiş olunur.
Vəzifə öhdəlikləri:
Gecikmədə olan borclar üzrə müştərilərlə telefon vasitəsilə əlaqə yaratmaq və ödənişlərin həyata keçirilməsi istiqamətində effektiv danışıqlar aparmaq;
Borcların vaxtında ödənilməsinə nəzarət etmək və prosesin davamlı izlənilməsini təmin etmək;
Ödəniş gecikməsi olan müştərilərə müvafiq bildirişlərin göndərilməsini həyata keçirmək;
Gecikmələrin səbəblərini araşdırmaq, əldə olunan məlumatları sistemləşdirmək və birbaşa rəhbərliyə təqdim etmək;
Gündəlik fəaliyyətlər üzrə görülən işləri dəqiq və vaxtında qeydiyyata almaq.
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili;
Müvafiq sahədə (müştəri xidmətləri, satış sahəsi) 1-3 il iş təcrübəsi arzuolunandır;
Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
Ünsiyyət qurma və inandırma bacarığı;
Stressə davamlılıq və konfliktlərin idarə olunması bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük;
Kompüter bilikləri (MS Office, xüsusilə Excel) üzrə biliklər.
İş vaxtı: 09:00-18:00
İş yeri: Comərd iş mərkəzi



