“ADY Express Georgia” LLC, “ADY Express” MMC-nin törəmə müəssisəsi, əməliyyat yönümlü və təcrübəli bir rəhbər axtarır. Vəzifənin məqsədi şirkətin gündəlik fəaliyyətlərini effektiv, təhlükəsiz və qanunvericiliyə uyğun şəkildə idarə etmək, həmçinin Azərbaycan və Gürcüstan arasında dəmir yolu yük daşımalarını optimallaşdırmaqdır.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin gündəlik əməliyyatlarını və logistika proseslərini idarə etmək;
Dəmir yolu yüklərinin cəlb olunması, daşınması və çatdırılmasını planlaşdırmaq və koordinasiya etmək;
Agentlər, platforma şirkətləri və yükgöndərənlərlə effektiv əməkdaşlıq qurmaq;
Əməliyyatlarla bağlı problemləri vaxtında həll etmək;
Mülki-hüquqi müqavilələrin, bank əməliyyatlarının və digər maliyyə-təsərrüfat sənədlərinin idarə olunmasını təmin etmək;
Tələblər:
Dəmir yolu daşımaları və ya logistika sahəsində minimum 5 il rəhbərlik təcrübəsi;
İngilis və Rus dillərində sərbəst ünsiyyət;
MDB ölkələri dəmir yolları üzrə beynəlxalq daşımalar, tarif siyasəti və INCOTERMS qaydaları haqqında bilik;
Ölkə daxili və sərhədkeçid dəmir yolu yük daşımalarının təşkili üzrə təcrübə;
Müraciət üçün: sa.amirov@ady.az



