Bakı, Sea Breeze Resort & Residences
“Nardaran İnvest” MMC Baş plan üzrə Memar vakansiyasını elan edir:
Layihələr üzrə baş plan həllərinin hazırlanması və işlənməsi;
Ərazi planlaşdırılması, funksional zonalaşdırma və tikinti parametrlərinin müəyyən edilməsi;
Baş plan üzrə konsept və işçi layihələrin hazırlanmasında iştirak;
Layihələrin şəhərsalma və tikinti normativlərinə uyğunluğunun təmin edilməsi;
Memarlıq, mühəndis və digər layihə bölmələri ilə koordinasiyanın aparılması;
Baş plan üzrə sxemlər, planlar və təqdimat materiallarının hazırlanması;
Layihə üzrə dəyişikliklərin və düzəlişlərin işlənməsi və layihə sənədlərinə daxil edilməsi;
Görülən işlərin uçotunun aparılması və rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Xüsusi tələblər
Memarlıq, şəhərsalma və ya inşaat mühəndisliyi üzrə ali təhsil;
Baş plan və ya şəhərsalma layihələri üzrə 1–3 il iş təcrübəsi (üstünlük hesab olunur);
Şəhərsalma və tikinti normativləri üzrə biliklər;
Memarlıq və layihələndirmə proqramlarında işləmək bacarığı (AutoCAD, Civil 3D, ArchiCAD və s.);
Kompüter bacarıqları: MS Office proqramları – yüksək səviyyədə;
Azərbaycan və Rus dillərini səlis bilmək;
Analitik düşüncə və inkişaf etmiş məkan təfəkkürü;
Ünsiyyət və komandada işləmək bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və stressə davamlılıq;
Şəhərsalma və baş plan layihələri üzrə beynəlxalq təcrübə və ya sertifikatlar üstünlük hesab olunur.
Müraciət etmək üçün: recruitment@seabreeze.az



