Rabitəbank ASC komandası İT Biznes Analitik (Təcrübəçi) axtarır!
Əgər analitik düşüncəyə sahibsənsə və IT sahəsində karyera qurmaq istəyirsənsə, bu fürsət sənin üçündür
Sənin rolun nə olacaq?
• Biznes və texniki tələblərin toplanması və sənədləşdirilməsi
• Proseslərin analizi və modelləşdirilməsi (BPMN və s.)
• Development, testing və PM komandaları ilə sıx əməkdaşlıq
• User story və test case hazırlanmasına dəstək
• Mövcud sistemlərin təhlili və inkişaf təklifləri
• Layihə sənədlərinin hazırlanması və optimallaşdırılması
Kimlər müraciət edə bilər?
• Son kurs bakalavr və ya magistr tələbələri (İT, iqtisadiyyat, texniki sahələr)
• Agile metodologiyası haqqında ümumi anlayış (Scrum/Kanban)
• Excel / Google Sheets – baza biliklər
• SQL – üstünlükdür
• BPMN, Miro, Draw.io, Visio kimi alətlərlə tanışlıq
• API və inteqrasiya anlayışı (REST/SOAP – ilkin səviyyə)
• Rus dili – arzuolunandır
Axtardığımız keyfiyyətlər
• Analitik və strukturlaşdırılmış düşüncə
• Proaktiv yanaşma
• Komanda ilə işləmə bacarığı
Bakı
Son müraciət tarixi: 13 May 2026
IT sahəsində real təcrübə qazanmaq və bank sektorunu yaxından tanımaq istəyirsənsə, bu fürsəti qaçırma!
İndi müraciət et!



