Azərbaycan müəllimi” qəzeti yazılı media sahəsində fəaliyyət göstərmək üçün müxbir vakansiyası elan edir.
Namizədə tələblər:
• Jurnalistika, filologiya, beynəlxalq münasibətlər və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;
• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı;
• Yazılı media sahəsində iş təcrübəsinə üstünlük verilir;
• Xəbər, reportaj, müsahibə və analitik mətn hazırlamaq bacarığı;
• Operativ işləmək və qısa müddətdə keyfiyyətli xəbər hazırlamaq bacarığı;
• Tədbir, forum, brifinq və mətbuat konfranslarında iştirak edərək real vaxt rejimində xəbər hazırlamaq bacarığı;
• Sosial media və xəbər portalları ilə işləmək bacarığı;
• Komandada işləmək və yüksək məsuliyyət hissi;
• Təhsil sahəsinə maraq və gündəmi izləmək bacarığı.
Vəzifə öhdəlikləri:
• Təhsil sahəsində gündəlik xəbərlərin hazırlanması;
• Tədbir və mətbuat konfranslarından operativ xəbərlərin yazılması;
• Müsahibə və reportajların hazırlanması;
• Mövzu araşdırmaları və analitik yazıların hazırlanması;
• Redaksiya tapşırıqlarının vaxtında yerinə yetirilməsi.
İş qrafiki:
• Tam ştat
İş yeri:
“Azərbaycan müəllimi” qəzetinin redaksiyası – Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi 109
Maraqlanan namizədlər CV-lərini “Müxbir vakansiyası” başlığı ilə career@media.edu.az elektron ünvanına göndərə bilərlər.



