spot_img
HomeBeynəlxalq LayihələrBilkent Universitetində təqaüdlü təhsil fürsəti
spot_img

Bilkent Universitetində təqaüdlü təhsil fürsəti

Bilkent Universiteti beynəlxalq tələbələr üçün müxtəlif təqaüd imkanları təqdim edir.

Müraciət prosesi

Universitetə müraciət edən beynəlxalq tələbələr təqaüd üçün qiymətləndirilirlər. Qiymətləndirmə zamanı orta məktəb qiymətləri, milli və beynəlxalq imtahan nəticələri, seçilən ixtisas və digər akademik göstəricilər nəzərə alınır. Musiqi və ifaçılıq sənətləri (musiqi, teatr, rəqs, opera, aktyorluq və s. kimi ixtisasları əhatə edir) fakültəsində təhsil almaq istəyən tələbələr əlavə olaraq qabiliyyət imtahanı əsasında təqaüd qazana bilərlər.

Təqaüd proqramının təklif etdikləri

Tam təqaüd

Akademik nəticələri çox yüksək olan beynəlxalq tələbələrə verilir. Təhsil haqqının, pulsuz yataqxananın tam ödənilməsini təmin edir.Yay məktəbində əlavə ödəniş tələb etmir.

Yarım (50%)  təqaüd

Tam təqaüd üçün kifayət etməyən, lakin yaxşı akademik nəticələri olan tələbələrə verilir. Təhsil haqqının yarısı universitet tərəfindən ödənilir, digər yarısını tələbə özü qarşılayır.

Qabiliyyət əsaslı təqaüd

Musiqi və ifaçılıq sənətləri üzrə yüksək qabiliyyət göstərən tələbələr üçün verilir. Təqaüd 50% və ya tam ola bilər. Təqaüdün davam etməsi tələbənin akademik uğurundan asılıdır.

“Merit” təqaüdü

Akademik göstəriciləri yüksək olan tələbələr üçün nəzərdə tutulur. Minimum 3.30 ÜOMG toplayan və proqram üzrə ən yüksək nəticə göstərən tələbələr növbəti il üçün əlavə təqaüd ala bilirlər.

  • Tam təqaüdlü tələbələrin təhsil haqqının hamısı qarşılanır.
  • 50% təqaüdlü tələbələr yalnız təhsil haqqının yarısını ödəyirlər.
  • Comprehensive Scholarship alan tələbələr əlavə aylıq stipendiya əldə edirlər.
  • Təqaüdlər hazırlıq proqramında maksimum 4 semestr, bakalavr proqramlarında isə maksimum 10 semestr üçün keçərlidir.

Nəticələrin elan olunması

Təqaüd nəticələri qəbul nəticələri ilə birlikdə elan olunur. Beynəlxalq tələbələr üçün qərar akademik göstəricilər və imtahan nəticələrinə əsasən verilir. Merit Scholarship nəticələri isə hər tədris ilinin sonunda açıqlanır.

İngilis dili tələbləri

Tədris dili ingilis dilidir. Tələbələr aşağıdakı sertifikatlardan birini təqdim etməlidir:

  • IELTS: minimum 6.5 (hər bölmə ən az 5.5)
  • TOEFL iBT: minimum 87

Əgər tələbə bu tələbləri ödəmirsə, English Language Preparatory Program-a yönləndirilir. Universitet həmçinin öz PAE imtahanını da qəbul edir.

Proqram tarixləri

  • Təqaüd müraciətləri universitet müraciətləri ilə paralel aparılır.
  • Merit təqaüdləri hər ilin sonunda yenidən qiymətləndirilir.
  • Təqaüdün davam etməsi üçün tələbə minimum akademik göstəriciləri qorumalıdır.
  • 2026-2026 akademik ili üçün müraciət dövrü: 2 fevral – 12 iyul 2026

Seçim və qiymətləndirmə prosesi

  • Orta məktəb göstəriciləri
  • SAT və digər beynəlxalq imtahan nəticələri
  • ÜOMG göstəricisi
  • Dərs davamiyyəti
  • Akademik performans
  • Disiplin qaydalarına riayət
  • Bəzi proqramlarda qabiliyyət imtahanı nəticələri

Qeyd: Təqaüdün davam etməsi üçün tələbələrin minimum 2.00 GPA saxlaması tələb olunur. Akademik nəticələri zəifləyən tələbələrin təqaüd faizi azaldıla bilər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar