spot_img
HomeElan və XəbərlərLocal Training Course (LTC) 2026 – Yeni təcrübələrə hazırsınız?
spot_img

Local Training Course (LTC) 2026 – Yeni təcrübələrə hazırsınız?

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və AEGEE-Bakı-nın təşkilatçılığı ilə 6–8 noyabr 2026-cı il tarixlərində Lənkəran Olimpiya Kompleksində Local Training Course (LTC) 2026 proqramı keçiriləcək!

Üç gün davam edəcək proqram gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləmək, onların liderlik, komanda işi və kommunikasiya bacarıqlarını gücləndirmək, həmçinin AEGEE-Bakı-nın yerli və beynəlxalq imkanlarını daha yaxından tanıtmaq məqsədi daşıyır.

LTC 2026-da sizi nələr gözləyir?

AEGEE-Bakı-nın yerli və beynəlxalq layihələri, Avropa şəbəkəsi və gənclər üçün yaratdığı imkanlarla tanışlıq;

Liderlik, komanda işi və şəxsi inkişaf istiqamətində interaktiv təlimlər;

AEGEE-Bakı-nın təşkilati strukturu, departamentləri və könüllülük imkanları haqqında məlumatlandırıcı sessiyalar;

Yeni insanlarla tanışlıq, təcrübə mübadiləsi və networking imkanları;

Komanda oyunları, intellektual yarışlar və müxtəlif əyləncəli fəaliyyətlər;

AEGEE-Bakı merch-ləri, maraqlı hədiyyələr və sürprizlər!

Tarix: 6–8 noyabr 2026-cı il
Məkan: Lənkəran Olimpiya İdman Kompleksi

Qeydiyyat üçün son tarix: 30 oktyabr 2026-cı il

Sən də bu unudulmaz təcrübənin bir hissəsi ol, yeni imkanlara ilk addımını bizimlə at!

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar