ACON Consulting komandası hüquq sahəsində inkişaf etmək istəyən hüquqşünaslar üçün təcrübə proqramı elan edir.
Tələblər:
Hüquq üzrə ali təhsil (və ya son kurs tələbəsi);
İngilis dili biliyi;
Rus dili biliyi üstünlük hesab olunur;
Araşdırma və analiz bacarığı;
Məsuliyyətlilik və operativlik;
Öyrənməyə və inkişaf etməyə yüksək motivasiya.
Təcrübə müddətində əsas vəzifələr:
Müştəri sorğularının hazırlanması və cavablandırılması prosesində iştirak;
Hüquqi araşdırmaların aparılması;
Müqavilələrin və hüquqi sənədlərin hazırlanmasında iştirak;
Konsaltinq və korporativ hüquq layihələrində dəstək;
Əcnəbi müştərilərlə kommunikasiya prosesində iştirak və müştərilərin müşayiəti;
Hüquqi sənədlərin analizində və hazırlanmasında komanda ilə işləmək.
Qeyd:
Təcrübə proqramını uğurla başa vuran namizədlərlə gələcəkdə əmək müqaviləsinin bağlanılması və uzunmüddətli əməkdaşlıq imkanları nəzərdən keçiriləcəkdir.
Müraciət etmək istəyən namizədlər CV-lərini contact@acon.az ünvanına göndərə bilərlər.



