Ümumi məlumat:
Şəhər: Bakı
Əməkhaqqı: 400 AZN;
İş qrafiki: 08:30 – 17:30.
İş öhdəlikləri:
AR Əmək Qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi və işdən azad edilməsi proseslərinin sənədləşdirilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, lazımi sənədlərin toplanması və arxivləşdirilməsi;
Kadr kargüzarlığına dair sənədlərin (əmrlər, məzuniyyət qrafikləri, ezamiyyət vərəqələri və s.) hazırlanması və qeydiyyatı;
İmzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim edilməsi;
İntizam tədbirləri və əvəzçiliklə bağlı əmrlərin layihələrinin hazırlanması.
Namizədə dair tələblər:
Təhsil: Ali
İş təcrübəsi: 2-6 ay;
Azərbaycan Respublikası Əmək Qanunvericiliyi üzrə mükəmməl biliklər (mütləqdir): Namizədin Əmək Məcəlləsinin tətbiqi, kadr kargüzarlığı və əmək müqavilələri ilə bağlı dərin biliklərə sahib olması əsas şərtdir;
Kadr kargüzarlığı sahəsində praktiki təcrübə: 2-6 ay;
Dil bilikləri: Azərbaycan dili (sərbəst), İngilis və ya Rus dili (arzuolunandır);
Kompüter bilikləri: MS Office (xüsusilə MS Excel və MS Word) və MS Outlook proqramlarında sərbəst işləmək bacarığı;
Məsuliyyətlilik, detallara qarşı diqqətlilik və komandada işləmək qabiliyyəti;
Analitik düşünmə tərzi və operativ qərarvermə bacarığı.
Nə vəd edirik?
Top onluqda olan ən yaxşı şirkətdə iş fəaliyyəti;
Peşəkar mütəxəssislərdən təcrübə toplamaq imkanı;
Kadr işləri ilə bağlı təlimlərlə təmin olunma;
Könüllü tibbi sığorta ilə təmin olunma;
Maraqlanan namizədlər hr@accounting.az qeyd olunan müraciət edə bilərlər və ya elektron poçt ünvanına CV-lərini göndərə bilərlər.



