Mazarina Trade MMC İnsan Resursları sahəsində inkişaf etmək istəyən gənclər üçün Ödənişli Yay Təcrübə Proqramına müraciət qəbulunu elan edir.
Bu proqram çərçivəsində iştirakçılar İnsan Resursları sahəsinin gündəlik iş prinsipləri ilə yaxından tanış olacaq, real iş mühitində HR proseslərini müşahidə edərək praktiki təcrübə qazanacaqlar. Təcrübə müddəti ərzində namizədlər komanda ilə birlikdə çalışaraq müxtəlif HR proseslərində iştirak edəcək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
Təcrübə müddəti:
- 3 aylıq proqram
Əsas vəzifələr:
- Müsahibələrin təşkili prosesində iştirak
- İşçi məlumatlarının sistemləşdirilməsi
- HR sənədləşmə işlərində dəstək
- Gündəlik HR fəaliyyətlərinə dəstək
- Vakansiyaların paylaşılması prosesində iştirak
- Daxili kommunikasiya və tədbirlərdə iştirak
Tələblər:
- İnsan Resursları, Biznesin idarəedilməsi və ya əlaqəli sahələr üzrə təhsil alan və ya yeni məzun namizədlər
- HR sahəsinə maraq və inkişaf istəyi
- MS Office proqramlarından istifadə bacarığı
- Ünsiyyət və komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və öyrənməyə açıq olmaq
- İnsan Resursları sahəsində ilkin təcrübənin olması üstünlükdür
Biz nə təklif edirik?
- Ödənişli təcrübə proqramında iştirak
- Praktiki təcrübə qazanmaq imkanı
- Peşəkar komandada inkişaf mühiti
- Real HR proseslərində iştirak
- Proqramı müvəffəqiyyətlə bitirən namizədlərlə əməkdaşlıq
Müraciət üçün: “İnsan resursları üzrə təcrübəçi” başlığı ilə
cv@mazarina.az mailinə CV-nizi yönləndirə bilərsiniz.



