Hilton Bakı tələbələr üçün otellər sahəsində beynəlxalq iş mühiti ilə tanış olmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan təcrübə proqramına start verib.
Proqramın təfərrüatları:
Müddət: 3 ay (tam iştirak vacibdir)
İş yükü: Həftədə 20-30 saat
İş qrafiki: Akademik və şəxsi öhdəliklərə uyğun işləmək mümkündür
Tələblər:
İngilis dili biliyi üstünlükdür
Təşəbbüskarlıq, qonaqlarla düzgün münasibət qurulması və yüksək xidmət prinsiplərinə uyğun yanaşma gözlənilir
Müraciət etmək istəyən namizədlər CV-lərini gunel.amirova@hilton.com ünvanına göndərə bilərlər. E-poçtun mövzu sətrində “Təcrübə” sözünü qeyd etmək vacibdir.



