Birbankın Əlaqə mərkəzi şöbəsində Talent on the Line Yay Təcrübə Proqramı üçün qeydiyyat açıqdır.
Tələblər
Ali təhsil müəssisələrində təhsil alan tələbə və ya yeni məzunlar;
Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
Güclü ünsiyyət və təqdimat bacarıqları;
Müştəriyönümlülük;
Operativlik və məsuliyyətlilik;
Təşəbbüskarlıq.
Öhdəliklər
Müştərilərdən daxil olan zəngləri operativ və keyfiyyətli şəkildə cavablandırmaq;
Müştəri ehtiyaclarını müəyyən edərək uyğun istiqamətləndirməni həyata keçirmək;
Müştərilərə bankın məhsul və xidmətləri üzrə düzgün və dolğun məlumat təqdim etmək;
Daxil olan müraciətləri bankın daxili sistemləri üzərindən idarə etmək və qeydiyyatını aparmaq;
Müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olmaq və Birbank-ın xidmət keyfiyyətini təmsil etmək.
Üstünlüklər
Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti.



