spot_img
HomeKaryera“ZƏHMƏT RUZİ” MMC vakansiya elan edir
spot_img

“ZƏHMƏT RUZİ” MMC vakansiya elan edir

Vəzifə: Əmək haqqı üzrə mühasib
İş yeri: Xırdalan, Azərbaycan
İş rejimi: 5 günlük iş həftəsi | 09:00–18:00

Namizədə dair tələblər:
• Ali təhsil (iqtisadiyyat, maliyyə, idarəetmə və ya müvafiq sahə üzrə);
• Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi və mühasibatlıq qanunvericiliyi üzrə biliklər;
• Excel, Word və 1C proqramlarında yüksək işləmə bacarığı (Mikro ERP üstünlükdür);
• Analitik düşünmə, operativlik və məsuliyyətlilik;
• Komandada işləmək və effektiv kommunikasiya bacarığı;
• MHBS PMS və F3 sertifikatları üstünlük hesab olunur;
• Azərbaycan dili sərbəst, rus və ingilis dili bilikləri üstünlükdür.

Vəzifə öhdəlikləri:
• Əmək haqqılarının düzgün hesablanması və vaxtında ödənilməsinin təmin edilməsi;
• Məzuniyyət, son haqq-hesab, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması;
• Əmək haqqı üzrə məlumatların müvafiq proqram təminatına düzgün daxil edilməsi;
• DSMF, statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi;
• Elektron hökumət platformasında müvafiq əməliyyatların icrası;
• Əmək haqqı ilə bağlı daxil olan sorğuların cavablandırılması.

Təklif edirik:
• Peşəkar və stabil iş mühiti;
• Tibbi sığorta;
• Nahar təminatı;
• Korporativ nömrə;
• İnkişafa açıq komanda mühiti.
•Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən.

Müraciət üçün:
CV-lərinizi mövzu hissəsində “Əmək haqqı üzrə mühasib” qeyd etməklə recruitment@sab.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar