Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan RTTTYM-ə Maliyyə şöbəsinin Hesabatlılıq bölməsinə mühasib vəzifəsi üzrə vakant yer elan edir:
İş yeri:
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali təhsil (maliyyə, iqtisadiyyat və ya idarəetmə sahəsi üzrə)
· Sahə üzrə 1 il iş təcrübəsi
· Kompyuter bilikləri: Microsoft Office (sərbəst səviyyədə)
· Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
Komandada işləmə
Məsuliyyətlilik
İntizamlılıq
Nəticəyönümlülük
İşin təsviri:
· Maliyyə əməliyyatlarının mühasibat uçotuna alınması və sənədləşdirilməsi;
· Vergi, DSMF və statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
· Mühasibat balansı və digər maliyyə hesabatlarının hazırlanması;
· Vergi və maliyyə qanunvericiliyinin tələblərinə riayət olunmasının təmin edilməsi;
· Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
· Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
· Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətini təşkil və nəzarət edilməsi;
· Tibb müəssisəsi tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə nəzarətin edilməsi;
· Mühasibatlıqla bağlı digər tapşırıqların yerinə yetirilməsi.
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
• İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV cv@tabib.gov.az ünvanına göndərilməlidir;
Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM–mühasib) qeyd olunmalıdır;
CV-lər 21.06.2026-cı il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.



