spot_img
HomeKaryeraAFB Bank Risklərin İdarəedilməsi Departamentində Təcrübə Proqramına start verir.
spot_img

AFB Bank Risklərin İdarəedilməsi Departamentində Təcrübə Proqramına start verir.

Risklərin İdarəedilməsi sahəsində karyerana ilk addımı at!

AFB Bank gənc istedadların erkən mərhələdə müəyyən edilməsi və inkişaf etdirilməsi məqsədilə Risklərin İdarəedilməsi Departamentində Təcrübə Proqramına start verir.

Əgər maliyyə sektoru, risklərin təhlili və idarə olunması sahəsinə marağın varsa, analitik düşüncəni real bank mühitində inkişaf etdirmək və peşəkar komandadan öyrənmək istəyirsənsə — bu proqram məhz sənin üçündür.

Axtardığımız namizədlər:
• Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə tələbə və ya yeni məzunlar
• Analitik düşünmə və problem həll etmə bacarığı olanlar
• MS Excel üzrə baza biliklərinə malik olanlar
• Öyrənməyə açıq, təşəbbüskar və məsuliyyətli gənclər
• GPA 80 və yuxarı olması üstünlükdür

Səni nə gözləyir?
✔ Risklərin idarə olunması prosesləri ilə tanışlıq
✔ Peşəkar risk mütəxəssisləri ilə birgə iş
✔ Real layihələrdə iştirak
✔ Bank sektorunda uzunmüddətli karyera üçün güclü praktiki baza

Müraciət üçün CV-nizi mövzu sətrində “Risklərin İdarəedilməsi üzrə Təcrübə Proqramı” qeyd etməklə cv@afb.az elektron ünvanına göndərə bilərsiniz.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar