spot_img
HomeKaryeraASAP 9-cu Yay Təcrübə Proqramına qeydiyyat açıq elan olunur!
spot_img

ASAP 9-cu Yay Təcrübə Proqramına qeydiyyat açıq elan olunur!

Əziz gənclər,

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) 9-cu Yay Təcrübə Proqramına qeydiyyat açıq elan olunur!

Əgər sən də xaricdə təhsil alan tələbə və məzunlardan ibarət aktiv bir icmanın parçası olmaq, təşkilatçılıq və peşəkar bacarıqlarını real təcrübə mühitində inkişaf etdirmək, yerli və beynəlxalq layihələrdə, tədbirlərdə, təlim və seminarlarda iştirak edərək yeni təcrübələr qazanmaq, həmçinin özünü müxtəlif istiqamətlərdə sınayaraq karyera yolunu daha da gücləndirmək istəyirsənsə, bu fürsəti qaçırma!

Təcrübə proqramı aşağıdakı istiqamətləri əhatə edir:
• İctimaiyyətlə əlaqələr & Media
• Qrafik dizayn
• Layihələrin idarəolunması
• Beynəlxalq əlaqələr

Proqramı uğurla başa vuran namizədlər sertifikatla təltif ediləcəklər.
Son qeydiyyat tarixi: 16 iyun, 23.59

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar