Bakı şəhərində yerləşən müəssisəmizdə “Kommersiya üzrə mütəxəssis” vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
Kommersiya üzrə mütəxəssis
Tələblər:
• Beynəlxalq münasibətlər, İqtisadiyyat, Biznesin idarə edilməsi, Ticarət və logistika üzrə ali təhsil
• Müvafiq sahədə minimum 2–3 il iş təcrübəsi
• Böyük istehsalat / real sektor müəssisəsində təcrübə üstünlükdür
• MS Office üzrə biliklər
Vəzifə Öhdəlikləri:
• Departamentin fəaliyyət istiqamətləri üzrə gündəlik işlərin icrasında iştirak edilməsi;
• Yerli və beynəlxalq bazar araşdırmalarında iştirak edilməsi və analitik məlumatların hazırlanması;
• Xarici və yerli tərəfdaşlarla əlaqələrin qurulmasında iştirak edilməsi;
• Müqavilə, saziş və digər hüquqi sənədlərin hazırlanmasına dəstək verilməsi və icrasının izlənməsi;
• Kommersiya layihələrinin hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi;
• Beynəlxalq əməkdaşlıq çərçivəsində yazışmalar aparılması və təkliflər hazırlanması;
• Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkili prosesində iştirak edilməsi;
• İxrac-idxal əməliyyatları üzrə sənədləşmə və koordinasiya işlərinin yerinə yetirilməsində iştirak edilməsi;
• Hesabatlar, təqdimatlar və arayışların hazırlanmasına dəstək verilməsi;
• Məlumat bazalarının və sənədlərin sistemləşdirilməsi və yenilənməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
• Fəaliyyəti ilə bağlı qanunvericilik və normativ sənədlərin tələblərinə riayət edilməsi;
İş qrafiki: 5 günlük
İş yeri: Bakı
Müraciət:
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@snychz.com elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kommersiya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.



