Əziz gənclər!
Böyük Qayıdışda sayca 14-cü Təcrübə Proqramına müraciəti açıq elan edirik.
Zamanını düzgün dəyərləndirmək, bacarıqlarını inkişaf etdirmək və ən əsası real iş mühitində təcrübə qazanmaq istəyirsən.
Elə isə bu xəbər məhz sənin üçündür!
Əgər sən də,
Təşkilatın fəaliyyətində yaxından iştirak etmək;
Əylənərək öyrənmək, yeni dostlar qazanmaq;
Və nəhayət proqram müddətində həyata keçiriləcək layihələrimizdə təşkilat komandasında yer almaq istəyirsənsə, 3 aylıq təcrübə proqramına müraciət et, bizə qoşul.
Son müraciət tarixi: 16 iyun, 2026-cı il



