METRO təcrübəsini YAYırıq. – Real iş mühitində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, korporativ iş proseslərini yaxından öyrənmək və gələcəkdə Bakı Metropolitenində karyera qurmaq istəyən gəncləri Kommersiya departamentində Yay Təcrübə Proqramına dəvət edirik.
Proqram sizə nə qazandıracaq?
2 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim;
Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
Ekspertlərlə “networking” və praktiki biliklər;
Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;
Təcrübənin sonunda işə qəbul imkanlarının qiymətləndirilməsi.
Metropoliten sizə nə vəd edir?
Metropolitendən ödənişsiz istifadə
Nahar (güzəştli)
Peşəkar mentor dəstəyi
Karyera inkişafı imkanları
Öhdəliklər
Sizi hansı öhdəliklər gözləyir?
Kommersiya fəaliyyətləri və bazar araşdırmalarında iştirak etmək;
Hesabatların hazırlanmasına və məlumatların təhlilinə dəstək göstərmək;
Satış və xidmət prosesləri ilə tanış olmaq.
Seçim prosesi necə aparılır?
Məntiq və İngilis dili üzrə test imtahanı
Müsahibə mərhələsi
Yekun qiymətləndirmə
Tələblər
Biz kimləri axtarırıq?
Müvafiq ixtisas üzrə bakalavr pilləsinin son kursunda və ya magistr pilləsində təhsil alan tələbələr, o cümlədən son 2 il ərzində məzun olmuş şəxslər;
Marketinq, iqtisadiyyat və biznesin idarə edilməsi istiqamətləri üzrə təhsil alan və ya məzun olmuş namizədlər;
Universitetə qəbul balı 500 və yuxarı olan namizədlər;
Minimum GPA: 80/100;
Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna və analitik düşüncəyə sahib yüksək motivasiyası olan şəxslər.



