spot_img
HomeKaryeraAFFA-da vakansiya var!
spot_img

AFFA-da vakansiya var!

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hüquq departamentinin rəhbəri vakansiyası elan edir.

Əsas vəzifə öhdəlikləri:
▪️Departamentinin fəaliyyətini idarə etmək və sturuktur bölmələrin işinin koordinasiya edilməsi;
▪️Struktur bölmələr arasında hüquqi məsələlər üzrə vahid yanaşmanı formalaşdırmaq və tətbiqini təmin etmək;
▪️Müqavilələrin, memorandumların və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizasını təşkil etmək;
▪️Daxili qaydalar, əsasnamələr və digər normativ aktların hazırlanması və yenilənməsini təmin etmək;
▪️Sənədlərin Azərbaycan Respublikasının Qanunvericiliyinə, FIFA və UEFA tələblərinə uyğunluğunu təmin etmək.
▪️Qurumun maraqlarını məhkəmələrdə, dövlət orqanlarında, FIFA və UEFA qarşısında qorumaq.

Vəzifə tələbləri:
▪️Hüquq üzrə ali təhsil (magistr dərəcəsi üstünlükdür);
▪️Hüquq sahəsində minimum 7 il iş təcrübəsi (minimum 3 il rəhbər vəzifədə təcrübə)
▪️İdman hüququ (sports law), FIFA və UEFA normativləri üzrə biliklər üstünlükdür;
▪️Strateji düşünmə və yüksək səviyyədə qərarvermə bacarığı.

Dil bilikləri
▪️Azərbaycan dili – sərbəst
▪️İngilis dili – sərbəst
▪️Rus dili – üstünlükdür

Kompetensiyalar
Strateji liderlik
Yüksək analitik düşüncə
Güclü kommunikasiya
Qərarvermə və nəticəyönümlülük

Maraqlanan namizədlər CV-lərini “Hüquq departamentinin rəhbəri” başlığı ilə career@affa.az elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar