spot_img
HomeKaryeraİnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis
spot_img

İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis

Ölkənin FMCG sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərindən biri üçün tələb edilir.
İş qrafiki: 5 günlük iş həftəsi (09:00–18:00)
Əmək haqqı: 1000–1200 AZN

Namizədə tələblər:
• İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;
• Əmək qanunvericiliyini tətbiqi səviyyədə bilmək;
• Kadr kargüzarlığını tətbiqi səviyyədə bilmək və müstəqil şəkildə icra etmək bacarığı;💡
• Kadr sənədləşməsi və HR əməliyyatları üzrə praktiki təcrübə;
• MS Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məsuliyyətli, dəqiq və operativ olmaq.

Vəzifə öhdəlikləri:
• İşə qəbul, vəzifə dəyişikliyi və işdən azad olunma proseslərinin rəsmiləşdirilməsi;
• Əmək müqavilələri, əmrlər və digər kadr sənədlərinin hazırlanması;
• Şəxsi iş qovluqlarının formalaşdırılması və kadr uçotunun aparılması;
• Əmək qanunvericiliyinə uyğun HR əməliyyatlarının icrası;
• Kadr məlumat bazalarının yenilənməsi və idarə olunması.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları Əməliyyatları üzrə Mütəxəssis” qeyd etməklə rsd.alyv@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar