“Bir Bonus” Təcrübə Proqramına aktiv, ünsiyyət və satış bacarıqları yüksək olan təcrübəçilər axtarırıq.
Tələblər:
Ali təhsil;
Yüksək səviyyədə kommunikasiya və təqdimat bacarıqları;
Məsuliyyətlilik, müştəriyönümlülük, dürüstlük və operativlik;
Satış sahəsində təcrübə arzuolunandır;
Vəzifə öhdəlikləri:
“Birbonus” məhsulunu partnyor mağazalarda və iri mağaza şəbəkələrində müştərilərə təqdim etmək;
“Birbonus” barkodunun istifadəsini təşviq etmək və aktiv istifadəyə yönəltmək;
Müştərilərə məhsul barədə aydın və inandırıcı məlumat vermək;
Qeydiyyat prosesini icra etmək və satışla nəticələndirmək;
Təklif olunanlar:
Peşəkar inkişaf: Bank sektorunda praktiki bilik və bacarıqlar qazanmaq;
Mentorluq: Təcrübəli mütəxəssislərlə işləyərək onlardan öyrənmək;
Karyera imkanı: Təcrübə müddətində uğurlu nəticə göstərən namizədlərin gələcəkdə iş imkanları ilə təmin olunması;
Şəxsi inkişaf: Analitik düşüncə, hesabatlılıq və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi;
İş mühiti: Dostluq və dəstəkçi komanda ilə rahat iş mühiti;
Son tarix: 18 İyun 2026



