AREA-da yeni karyera və inkişaf imkanı!
Texnologiya və STEM təhsilinə marağınız varsa, komandamıza qoşulmaq üçün əla fürsət sizi gözləyir.
Tədris sahəsində fəaliyyət göstərmək istəyən namizədləri komandamıza dəvət edirik. Namizədlərdən texniki biliklərlə yanaşı, şagirdlərlə effektiv ünsiyyət qurmaq, layihə əsaslı tədris metodlarını tətbiq etmək və innovativ təhsil mühitində peşəkar fəaliyyət göstərmək bacarığı gözlənilir.
Tələblər:
•Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı
•Elektronika və Arduino üzrə nəzəri və praktiki biliklər
•Sensorlar, modullar və mikrokontrollerlərlə işləmə bacarığı
•Təqdimat və kommunikasiya bacarıqları
Vəzifə öhdəlikləri:
Elektronika və Arduino dərslərinin tədrisi
Praktiki layihələrin hazırlanması və icrası
Şagirdlərin texniki bacarıqlarının inkişafına dəstək göstərilməsi
Tədris prosesində innovativ yanaşmaların tətbiqi
Python, 3D Modelləşdirmə və Rus,İngilis dili bilikləri əlavə üstünlük hesab olunur.



