spot_img
HomeBeynəlxalq LayihələrLitvada Erasmus+ Təlim Kursu İmkanı!
spot_img

Litvada Erasmus+ Təlim Kursu İmkanı!

Litvada Erasmus+ Təlim Kursu İmkanı!

Məkan: Şirvintos, Litva
Tarix: 27 iyul – 2 avqust 2026
Yaş həddi: 18+
İşçi dili: İngilis dili
Bütün xərclər Erasmus+ proqramı çərçivəsində qarşılanır
Azərbaycan üçün məhdud sayda iştirakçı yeri mövcuddur!

AYAFE Youth Organization sizi Erasmus+ proqramı çərçivəsində təşkil olunan “Strengthening Youth Work Through Human Rights Education” beynəlxalq təlim kursunda iştirak etməyə dəvət edir.

Təlim kursu gənclərlə iş sahəsində fəaliyyət göstərən və ya bu sahəyə maraq göstərən şəxslərin insan hüquqları təhsili istiqamətində bilik və bacarıqlarının artırılmasına yönəlib. İştirakçılar müxtəlif ölkələrdən olan gənclərlə birlikdə qeyri-formal təhsil metodlarını öyrənəcək, insan hüquqları mövzusunda yeni yanaşmalar əldə edəcək və beynəlxalq təcrübə mübadiləsində iştirak edəcəklər.

Təlim zamanı:
İnsan hüquqları təhsili sahəsində yeni metodlar öyrənəcəksiniz
Beynəlxalq gənclərlə əməkdaşlıq quracaqsınız
Erasmus+ və gənclərlə iş sahəsində praktiki təcrübə əldə edəcəksiniz
Multikultural mühitdə şəxsi və peşəkar inkişaf imkanları qazanacaqsınız

Layihə çərçivəsində:
Yaşayış xərcləri qarşılanır
Qidalanma təmin edilir
Səyahət xərcləri Erasmus+ qaydalarına uyğun olaraq qarşılanır
Təlim materialları təmin olunur

Qeyd: Yalnız uyğun hesab edilən namizədlərə geridönüş ediləcəkdir.

CareerBridge.az
CareerBridge.azhttps://careerbridge.az
CareerBridge.az saytının inzibatçısı. Əlaqə: info@careerbridge.az
OXŞAR POSTLAR
Reklamspot_img

Çox Oxunanlar